Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Odnoklassniki” istifadəçilərinin sayı xeyli artıb

06.03.2020 09:23

“Odnoklassniki” sosial şəbəkəsinin istifadəçilərinin sayında artım var.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, son bir il ərzində istifadəçilərin sayı 290 milyon nəfər artıb ki, bu da 2015-ci ildəkindən 9,3 faiz çoxdur.

Əvvəllər gəlirlərin əsas hissəsi veb versiyadan əldə olunurdu. İndi isə bu gəlir əyləncəli xidmətlər və mobil cihazlardakı oyunların hesabına artıb. Şirkət nümayəndəsi layihənin gəlirlərini açıqlamaqdan imtina edib. Məlumdur ki, oyunlarda unikal istifadəçilərin sayı xeyli artıb. iOS platformasında bu rəqəm 59 faiz, “Android” əməliyyat sistemlərində isə 50 faiz təşkil edib.

Həmçinin videobaxışların göstəriciləri də artıb. “comScore” şirkətinin məlumatlarına əsasən, 2015-ci ildən bəri videolara baxışların sayı 51 faiz çoxalıb. Bu bölmənin unikal ziyarətlərinin sayı isə 29 faiz artıb. 2017-ci ildə “Odnoklassniki” şirkəti oyun və videolar bölməsini genişləndirməyi planlaşdırır. Həmçinin əlavə əyləncəli xidmətləri işə salmaq niyyətindədir. Bu, sosial şəbəkə auditoriyasının təkcə Rusiyada deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də artımına istiqamətlənib.//İKT.lent.az//