Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Özü də nəsə xoşagəlməz hadisə baş verəcəyini hiss etmişdi” – “Qarakənd” qurbanlarının yadigarları danışır

06.03.2020 09:23

1991-ci ilin 20 noyabrında baş vermis Qarakənd faciəsinin 26-cı ili tamam olur.

Об этом сообщает Руспрес

A24.az faciədə həlak olmuş dəyərli dövlət xadimlərimizdən, ziyalılarımızıdan bir neçəsinin həyat yoldaşının həmin qara günlə bağlı xatirələrini təqdim edir.

20 noyabr 1991-ci ildə Xankəndinə uçan Mİ-8 N 72 helikopterində həyatını itirmiş daxili işlər naziri general-mayor Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə Əsədova:

“1991-ci ilin noyabr ayının 20-si tək mənim üçün yox, bütün Azərbaycan xalqı üçün dəhşətli gün idi. Həmin gündən bir gün qabaq Məhəmməd Əsədov Qazaxdan qayıtmışdı və o səfərə getməyə də bilərdi. Özü də nəsə olacağını hiss etmişdi. Ancaq məğrur insanlar heç vaxt arxasını yerə vurmur. Həmin axşam televiziyada Qazaxdakı görüşlərini izləyirdi, elə həmin anda mən dedim ki, “sabah Qarabağa gedirsiz”. Bir anlıq fikrə daldı, dedi ki, “Protokola görə mən getməli deyildim, nə əcəb məni salıblar o səfərə”. Həmin axşam çox yerə zəng vurdu ki, bir məlumat ala bilsin, ancaq heç kim telefona cavab vermədi. Ən azı bir gün istirahət etməliydi, ona baxmayaraq yenə də səhər tezdən durub getdi.
O gecəni necə sabahladığımı, nələr hiss etdiyimi bir tək Allah bilir. Ürəyimə dammışdı ki, xoşagəlməz nəsə olacaq, nə olacağını isə dəqiq bilmirdim. Təsəvvürümə gətirməzdim ki, belə bir dəhşətli faciə baş verəcək. Çox narahat olduğumdan səhərə yaxın yuxuya getmişdim, o, da hiss etmişdi ki, çox gərginəm. Ailə qurduğumuz müddətdə ilk dəfə idi ki, qalxıb ona çay vermədən yola salırdım, daha doğrusu, özü çağırmışdı ki, “gedirəm, gəl qapını bağla”. Qapıdan çıxanda da dedi ki, “saat dörddə qayıdacağıq”. Elə onda özümdən qeyri – ixtiyari ağzımdan çıxdı ki, “Yox gəlməyəcəksiz, qayıtmayacaqsız”. O sözü deməyimə o qədər peşmançılıq çəkdim ki… Səhər saat dördə qədər hər dəqiqə səs gözləyirdim, bir xəbər olacağını hiss edirdim. Elə saat dörd radələrində də xəbər verdilər ki, onların olduğu vertolyot itib. Onda anladım ki, neçə gündür keçirdiyim həyəcanın, narahatçılığın səbəbi nə imiş…”

1991-ci ilin 20 noyabr vertolyot qəzasında şəhid olmuş görkəmli dövlət xadimi, akademik Tofiq İsmayılovun həyat yoldaşı Lalə İsmayılova:

“İndiki kimi yadımdadır. 19 noyabrda Tofiqə zəng vurdum ki, evdə işıqlar sönüb. O zaman nəvəmiz Lalə 3 aylıq idi. Körpə uşaqla qaranlıqda qalmaq müşkül idi. O üzdən Tofiq bizi mənim kiçik bacımgilə apardı. Gecəni orada qalmalı olacaqdıq. Həmin günü Tofiq mənə dedi ki, səhər 6-7 üçün onlar Xankəndiyə gedəcəklər. Dedim ki, “Səni buraxmaram, getməyəcəksən! Niyə axı sən gedirsən?” cavab verdi ki, “Mən getməyim, o getməsin, bəs kim getsin?” “Mən də səninlə gedirəm” dedim. Qəti etiraz edərək bildirdi ki, “20 kişi gedir, sənin onların arasında nə işin var? Olmaz!” Söz verdi ki, axşam saat 4 üçün qayıdacaq. Beləcə, məni birtəhər razı saldı. Həmin günü gecə səhərə qədər nəvəm Lalə ağladı, heç kəsi yatmağa qoymadı.
Mən hər səhər durub Tofiqi işə yola salardım. Hələ evləndiyimiz gündən bircə gün olmamışdı ki, onu yola salmayım. Amma həmin gün səhər məni elə yuxu aparmışdı ki, onu yola sala da bilməmişdim. Bunu özümə heç cür bağışlaya bilmirəm. Üstündən illər keçir, amma bu gün də onu o gün yola sala bilmədiyimə görə özümü qınayıram. Təsəvvür edin, o mənə səslənib, amma mən Tofiqin üzünə baxa-baxa “Tofiq hardadır?” deyə soruşmuşam. Daha sonra sürücü mənə dedi ki, səhər Tofiq maşına minməzdən əvvəl xeyli eyvana baxıb və ümid edib ki, mən yuxudan oyanıb, eyvana çıxacam, onu yola salacağam. Amma heyf ki, mən çıxmamışam… Bunu demək mənim üçün çox ağırdır…. Özümü təqsirkar hesab edirəm və geri qayıdıb heç nəyi düzəldə bilmədiyim üçün də özümə hirslənirəm…
Faciə xəbərini televiziyadan öyrəndim. Həmin saniyə mən yıxıldım, mənən yıxıldım. Yer sanki ayaqlarımın altından getdi. Qolum-qanadım qırıldı. Mən düz 10 il özümdə olmamışam. Mənə indi Tofiq İsmayılovsız daha çətindir. Yaşlanıram, yaşlandıqca onun yanımda olmasını daha çox istəyirəm. Heyf ki, yoxdur. Heyf ki, mən onsuzam…”

Qarakənd faciəsinin qurbanı olmuş telejurnalist Alı Mustafayevin həyat yoldaşı Lalə Mustafayeva:

“1991-ci ilin noyabrı Azərbaycan tarixində ən ağır, acı hadisələrdən biridir. O gün əslində Alı getməməliydi. Alı Qazax-Mincivan görüşlərindən qayıtmışdı və o materialı mantaj edirdi, canlı efirə çıxmalı idi. Ancaq axşamdan işdə ona telefon zəngləri gəlirmiş. Sonradan öyrəndim ki, rəhmətlik Osman Mirzəyev də, Tofiq İsmayılovun köməkçisi də ona zəng edibmiş. Deyəsən ən sonda Tofiq müəllim özü zəng edib, deyib ki, getmək lazımdır, sən bizə lazımsan orada, mütləq bizimlə getməlisən. Alı özü heç o səfərə getmək istəmirdi, verilişinin montaj prosesinə girməli, materialı özü oxumalıydı. Amma istəməyərək də olsa getdi, sanki nəsə hiss edirdi, düzdür, belə bir hadisə heç ağlına da gəlməzdi, ancaq nədənsə bir qədər o ortamdan çəkinirdi sanki. Dağlıq Qarabağ məsələsi ilə bağlı sülhməramlı görüşə gedirdilər, oradakı danışıqlar baş tutacaqmı deyə bir az həyəcanlı idi.
Alı evdən çıxarkən dedim ki, saçın çox dağınıqdı, darağın yanındamı? Baxıb, çox da saçım var ki, saçımı da darayım dedi. Alı ezamiyyətə tez-tez gedirdi, həmişə də səhər tezdən çıxırdı. Mən də uşaqlar körpə olduğu üçün heç vaxt onu yola salmırdım. Ancaq o gün yola saldım, balkona da çıxdım ardınca, böyük bir maşın gəlmişdi arxasıyca…
Saat dörddə geri dönməliydilər, ancaq sonradan öyrəndiyimizə görə, görüş bitəndə bir qurup adam onların üzərinə gəlib ki, siz görüş keçirib geri qayıdırsız, ancaq orada yanan kəndlər var, insanlar pərişandı, onlarla görüşmək lazımdır. Bunlar da ondan sonra vertolyota minib gedirlər, ancaq geri dönmürlər, uçduqları vertolyot vurulur. Sonradan məlum oldu ki, onlar çox faciəli şəkildə yandırılaraq öldürülüb…”