Perunun qan donduran adətləri: uşaqları qanla çimizdirir, meyitləri qəbirdən çıxardırlar
06.03.2020 09:23Perunun qeyri-adi və qan donduran adətləri görənləri dəhşətə gətirir.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, Peruda övladlarının sağlam olmalarını istəyən ailələr onlar üçün qoyun və ev heyvanlarını öldürürlər. Öldürülən heyvanların qanları ilə uşaqlar çimizdirilir. Dəhşət saçan bu adət-ənənələrin uşaqların sağlam böyüməsinə nə dərəcədə xidmət etdiyi görüntülərdən də aydındır ki, şübhə doğurur.
Perunun diqqət çəkən bir başqa adəti isə ölülərlə bağlıdır. Belə ki, bölgədə yaşayanlar hər 3 ildən bir ölülərinə olan hörmətlərini göstərmək və onları yad etmək üçün ölmüş ailə üzvlərinin və ya qohumlarının məzarlarını açıb cürümüş cəsədlərini qəbirdən çıxardırlar. Açılan məzarlardan çıxarılan ölülərin geyindikləri geyimlər təmizlənir, lazım olsa yeniləri geyindirilir. Daha sonra ölülərini yeni və təmiz geyimləri ilə birlikdə qəsəbənin ətrafında gəzdirirlər və yenidən məzarlarına qoyulurlar.
Yerli xalq inanır ki, yüz il bundan əvvəl ölsələr belə, ailə üzvləri hər zaman onlarla birlikdədir. Peruda keçirilən bu ritualın şəkilləri isə insanların tüklərini biz-biz edir.

