Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Pişiklər haqqında bilmədiklərimiz

06.03.2020 09:23

A24.Az sizə pişiklər haqqında maraqlı məlumatları təqdim edir:

Об этом сообщает Роспрес

1. Ən iri bədənə sahib pişik cinsi Ragdollun ağırlığı 5 və 9 kq arasında dəyişir.



Ən kiçik pişik cinsi isə Singapuradır və çəkiləri 2-3 kq civarındadır.

2. Ən çox balası olan pişik rekorduna Tabby adlı bir pişik sahibdir. Texas əyalətində 1950-ci illərdə yaşayan Tabby 18 illik ömründə təxminən 420 bala dünyaya gətirib.

3. Pişiklərin bədənlərində 290 ədəd sümük və 500-dən çox əzələ vardır.

4. Digər məməli heyvanların əksinə olaraq pişiklərin körpücük sümükləri yoxdur və buna görə başlarının yerləşdiyi hər yerdən keçə bilirlər.

5. Pişiklərin tez-tez özlərini yalayaraq təmizlədiklərini çoxumuz bilirik. Amma əsl maraqlı olan şey bu təmizləmə prosesinə həyatlarının az qala üçdə birini ayırmış olmalarıdır və özlərini yalayarkən ifraz edilən tüpürcək miqdarı ifrazat ilə atılan mayedən daha çoxdur.

6. Pişiklərin gözləri qaranlıqda insanlardan təxminən 6 qat daha iti görmə bacarığına malikdir. Bundan əlavə pişiklər qismən rəng korudur.

7. Ən çox siçan ovlama rekorduna sahib pişiklərdən biri Londonda bir stadionda “vəzifəlidir” və 6 ildə 12 min civarında siçan ovlayıb.

8. Pişiklərin dərilərinin hər kvadrat santimetrində təxminən 12 min irili-xırdalı tük var.




9. Rekordları sevən pişiklərdən biri də alpinistliklə maraqlanıb. İsveçrəli pişik 1950-ci ildə alpinistlərlə birlikdə Alp dağının zirvəsinə qalxıb.