Prezidentin portreti 10 milyon dollara satıldı
06.03.2020 09:24Amerikalı rəssam Andy Varhol Çin Kommunist Partiyasının və Çin Xalq Hökümətinin qurucusu Mao Zedongun portretini çəkib.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, Sothebys Hərrac Evi ipək parça üzərində çəkilən rəsmin adı açıqlanmayan bir nəfər tərəfindən alındığını etiraf edib. Sənətçinin 1973-cü ildə tamamladığı, 106,6 x 50 ölçülərində olan əsər 15 milyon dollara satışa çıxarılıb. Buna baxmayaraq, portret 11 milyon dollara satılıb.
Əsər Amerika prezidenti Richard Niksonun 1972-ci ildə Çinə etdiyi tarixi səfərin ardınca Maonun “Qırmızı Kitab”da yayımlanan fotolarından ilhamlanaraq çəkilib.
Maonun başqa bir portreti 2014-cü ildə Londondakı hərracda 9.4 milyon dollara satılıb.

