Putin Ermənistan-Rusiya ortaq hərbi birlik müqaviləsini Dövlət Dumasına göndərdi
06.03.2020 09:24Ermənistan – Rusiya ortaq hərbi birlik müqaviləsi Rusiya prezidenti Vladimir Putin tərəfindən Dövlət Dumasına göndərildiyi bildirilib.
Об этом сообщает Руспрес
Saytımızın erməni saytına istinadən verdiyi məlumata görə, sözügedən müqavilə Ermənistan ilə Rusiya müdafiə nazirləri tərəfindən 30 noyabr 2016-cı ildə imzalanıb.
Müqavilə çərçivəsində həyata keçirilməsi planlaşdırılan ortaq güc qrupu ilə ortaq müdafiə, təhlükəsizliyi təmin etmək və sərhədləri qorumaq kimi xidmətlərin yerinə yetirilməsi planlaşdırılır.
Ermənistanın müdafiə naziri Vigen Sarkisyan daha əvvəl verdiyi açıqlamada müqavilənin Rusiyanın Ermənistanın Gümrü kəndindəki hərbi bazasının hücum zamanı istifadə edilməsi üçün qanuni zəmin yaradacağını söyləyib.
Qeyd edək ki, 2016-cı ilin iyun ayında isə Ermənistan Qafqazda Rusiya ilə ortaq Hava Müdafiə Sistemi haqqında müqaviləni təsdiqləyib.
Firuzə Alimova / MTM

