Qandonduran cinayət: Dostu ilə münasibəti olan bacısını yataqda güllələdi
06.03.2020 09:24Türkiyədə bacısının ortağı ilə münasibəti olduğunu öyrənən Erhan Timuroğlu onu gecə yuxusundan oyadaraq güllələyib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, o cinayəti törətdikdən sonra qaçıb.
Ərhan Timuroğlu 260 gün sonra saxlanılıb. Timuroğlu dindirilərkən, bacısının iş ortağı ilə münasibətinin olduğunu, bu səbəbdən cinayəti törətdiyini iddia edib.
“İstanbulda restoran işlədəndə ortağım Bəkirlə tanış olduq. Yaxşı yola gedirdik. Ailəsini də tanıyırdım. İki dəfə ailəli olmuşdu. Bu hadisədən bir müddət öncə, bacım Ceylanın doğum günü idi. İştirak edə bilmədim. Telefonda ona maşın hədiyyə edəcəyimi dedim. Qayıdanda bacımı Bəkirin avto salonuna apardım. Orda tanış oldular. Ara- sıra bacıma Bəkirdən uzaq durmasını deyirdim. Bacımı öldürdüyüm gecə küçədə uşaqlıq dostları ilə qarşılaşmışdım. Bir qardaş olaraq dedim ki, gecdir, buralarda gəzməyin. Cavabında dedilər ki, sən əvvəlcə bacına sahib çıx. Çox təəccübləndim. Bacımın münasibətdə olduğu biri vardı. Elçi gələcəkdilər. Bəkirə zəng vurdum, zəng çatmadı. Yəqinki ona xəbərdarlıq etmişdilər. Sonra bacımın tanışlarından eşitdim ki, Bəkir Ceylanın hesabına 10 min lirə köçürüb. Evə getdim, üzərimdə silah vardı. Və bu hadisə baş verdi”- deyə Erhan bacısını öldürmə səbəbini belə izah edib.
Qeyd edək ki, hadisə fevralın 28-də baş verib. Öldürülən Ceylan Timuroğlu 24 yaşında olub.

