Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qarabağ qalib gəlsə, bu sürücü beş gün uşaqları dərsə ödənişsiz daşıyacaq, bu repetitor isə… – Möhtəşəm oyun Azərbaycanı ayağa qaldırdı

06.03.2020 09:24

Azərbaycanın futbol sahəsində üzünü güldürən yeganə komandalardan biri olan “Qarabağ” Futbol  Klubu keçən dəfə oynadığı matçda Kopenhagenə 1:0 hesabı ilə qalib gəldi.

Об этом сообщает Руспрес

“Qarabağ”ın bu qələbəsi insanların çoxdandır ürəyində saxladığı sevinci bir andaca püskürtdü.

Azərbaycanda futbol həvəskarlarının illərdir gözlədiyi nəticə ölkə gündəmini yaxşı mənada alt-üst etdi. Deməli,  ümid var.

Futbol həvəskarlarının sevinci sosial şəbəkələrə müxtəlif cür yansıdı. Danimarkanın “Kopenhagen”i kifayət qədər güclü komandadır və bu gün də insanlar sevinclərinin davam etməsini gözləyirlər.

Qarşılaşmadan öncə insanlar müxtəlif vədlər verirlər. Əgər “Qarabağ” komandası növbəti oyunda qalib gələrsə,  azarkeşlər neyniyəcək?

A24.Az xəbər verir ki,  ilk statuslardan biri ATV-nin məşhur aparıcısı Sənan Şəfizadədən gəldi.

“Qarabağ” Azərbaycan futbolu tarixində ən önəmli matça hazırlaşır. Qurban Qurbanovun komandası Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanarsa dostum Fərhad 1 həftə işə klubun formasında gedəcəyinə, taksi sürücüsü Hikmət dayı 5 gün məhəllədəki uşaqları məktəbə pulsuz aparacağına söz verib. Sizlər nə vəd verə bilər…”

Gündəmə damğa vuran növbəti vəd isə təhsil eksperti, tarixçi Kamran Əsədovdan gəldi. K.Əsədov “Qarabağ” qalib gələrsə,  1 ay tarix fənnindən istənilən sayda abituriyenti Tarix fənnindən hazırlaşdıracağını deyib.

“Sanan bəy, mən də vəd edirəm ki, Qarabağ FK çempionlar liqasının qrup mərhələsində iştirak etmək hüququ qazansın, istənilən sayda abituriyenti 1 ay ərzində təmənnasız 2 və 3 cü qrup üzrə Tarix fənnindən hazırlaşıra bilərəm.  Say məhdudiyyəti yoxdur. X və XI sinif üzrə II və III qrup üzrə istənilən şəxs Tarix fənnindən gələ bilər”.

Daha bir maraqlı addımı isə Bakıda yerləşən Stimul Hospital edib.  Hospital Qarabağ FK qalib gələrsə, yeni ilə qədər klub üzvlərinin “ÇEK-UP” müayinələrinin ödənişsiz olaraq həyata keçirəcəyini öz üzərlərinə götürəcəklərini deyib.

Vüsalə Əlövsətqızı