Qarabağı erməni torpağı kimi təqdim edən amerikalı teleaparıcının Azərbaycana girişi qadağan olundu
06.03.2020 09:24Bütün dünyanı gəzərək, ölkələrin mətbəxləri ilə bağlı proqram hazırlayan məşhur qurman Entoni Burdenin, Azərbaycana girişi qadağan olunub.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, səbəb qurmanın qondarma “Dağlıq Qarabağ Respublikası”na gedərək orada erməni mətbəxi barədə veriliş hazırlamasıdır.
Burden növbəti proqramı Azərbaycan mətbəxi ilə bağlı çəkmək istəsə də, onun bu arzusunu ürəyində qoyublar. Azərbaycan tərəfi bildirib ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və bu torpaqları Ermənistana aid kimi göstərən hər kəsin ölkəyə girişi qadağan olunacaq.
Nərmin Kərim, MTM

