Qulu Məhərrəmli telekanalları qınadı: “Dil şuraları fəaliyyət göstərməlidir”
06.03.2020 09:25“Teleradioda getdikcə Azərbaycan dilinin qaydaları pozulur”
Об этом сообщает Руспрес
Bunu A24.Az-a açıqlamasında Azərbaycanın əməkdar jurnalisti, tele-tənqidçi Qulu Məhərrəmli 21 fevral “Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar ölkə tele-məkanındakı aparıcıların danışıq səviyyəsini şərh edərkən deyib.
Tele-tənqidçinin sözlərinə görə, televiziya aparıcılarının danışığını “hə-yox” ilə yoxlamaq çətindir:
“Çünki müəyyən ənənə var. Misal üçün AzTv-də müəyyən ənənə var ki, bunlar hələ də davam edir. Düzdü, orada da bəzi ənənələrə pisləşməyə doğru gedir. Bəzən hazırlıqsız aparıcılar ekranda görünür. Amma Asan Radio, İctimai Radio və Televiziyasında yaxşı diksiyası olan aparıcılar var. Hiss olunur ki, onlar üzərlərində çalışırlar. Ümumi tendensiya isə getdikcə teleradioda Azərbaycan dilinin qaydaları pozulur. Tək aparıcılar da yox, reportyorlar da, kadr arxası mətndə, oxu tərzində, ingilis dilində tələffüzdə, türk dilinin təsiri xüsusi hiss olunur. Belə hallara yol vermək olmaz. Hiss olunan odur ki, hazırlıqsız junalistlər, aparıcılar tele-radio verilişlərinə cəlb olunur. Bu çox pisdi”.
“Dil şuraları real olaraq fəaliyyət göstərməlidirlər”
“Xəbər saytlarının özündə də cümlə quruluşunun tutmuş, söz sırasının pozulmasına görə çox ciddi nöqsanlar var. Belə hallar yol verilməzdir və bunun qarşısını almaq lazımdır. Televiziya və radio rəhbərləri, xüsusən orada dil şuraları yaradıblar. O, dil şuraları formal olaraq yaradılmayıb ki?! Faktiki real olaraq fəaliyyət göstərməlidirlər. Verilişlərin dilinə, ciddi tələblərlə yanaşmaq lazımdır. Onu formal etmək olmaz. Çünki dil hamıya aiddir. Dil bu xalqın ümumi sərvətidir. Ona görə də dilin qaydalarına əməl olunmasına hamı nəzarət edib, cavabdeh olmalıdır. Hər kəs buna görə özündə məsuliyyət hiss etməlidir”, – deyə Q.Məhərrəmli əlavə edib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Məhz bu gün yaranma tarixi 1952-ci ildən baş verən proseslərlə bağlıdır. Həmin ilin fevral ayının 21-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər.
Orxan Aslanlı

