Qusarda intihar hadisəsi: kişi hər iki qolunun damarlarını kəsdi
06.03.2020 09:25Qusar rayonunda intihar faktı qeydə alınıb.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar şəhəri, H.Davud küçəsi, 3 nömrəli evdə kişi meyiti aşkar edilib.
Hadisə yerinə baxış keçirilən zaman meyiti tapılan şəxsin həmin ünvanda yaşayan, 1973-cü il təvəllüdlü Məmmədkərimov Elşad Pirzada oğlu olduğu müəyyən olunub.
İlkin araşdırmalardan sonra onun hər iki qolunun damarlarını kəsərək intihar etdiyi məlum olub.
Faktla bağlı Qusar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

