Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ramil Usubov rəisi və 3 müstəntiqi işdən qovdu – Deputatın oğluna görə

06.03.2020 09:25

Yasamal rayon Polis İdarəsində aparılan yoxlamanın yekunu olaraq istintaq şəbəsinin rəisi Zaur Şirinov və şöbənin müstəntiqləri Seymur Hidayətzadə, Elnur Abdullayev, Cavid Məmmədov işdən azad olunaraq sərəncama göndərilib.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, bu barədə məlumatı istiqlal.az saytı yayıb.

Məlumata görə, S.Hidayətzadə deputat Elmira Axundovanın oğlunun adı keçən dələduzluq işini aparan müstəntiq olub.

Bir müddət əvvəl youtube portalında Seymur Hidayətzadənin qalmaqallı audio yazısı çıxmışdı. Məhz bu səs yazısından sonra DİN- də daxili yoxlama aparılıb və Seymur Hidayətzadəyə xidməti uyğunsuzluq barədə cəza verilib və barəsində Yasamal rayon Prokurorluqunda araşdırılma başlanılıb.

Mənbənin məlumatına görə, 2013-cü ilin iyul ayında  onlarla şəxsə qarşı külli miqdarda dələduzluq edən Elnur İbrahimovu Seymur Hidayətzadə polis idarəsindən buraxaraq ölkədən qaçmasına əlverişli şərait yaradıb.