Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Reina terrorçusunun imam nikahlı arvadının hamilə olduğu üzə çıxdı

06.03.2020 09:25

Reina terrorçusu Abdülgadir Maşaripovun imam nikahlı arvadı, Fransa vətəndaşı Tene Traorenin 1.5 aylıq hamilə olduğu üzə çıxıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Ortaköydə yerləşən Reina gecə klubuna terror hücumunun araşdırılması çərçivəsində həbs edilən Maşaripovun imam nikahlı arvadı ilə birlikdə 5 şübhəli şəxs İŞİD üzvü olmaq və konstitusiya quruluşunu dəyişdirməyə təşəbbüs göstərmək cəhdinə görə həbs olunub.

Onun Suriyaya getmək üçün Esenyurdda Maşaripovla yanaşı Əli Cəmil və  Ayşə Məhəmməd, Dinə Əla Eid Sayed Əhməd ilə birlikdə qaldığı ortaya çıxıb.

Tenenin mobil telefonunda aparılan texniki araşdırmada Maşaripov ilə Fransız və Rus dilindən və əksinə tərcümə edən proqramdan istifadə edərək bir-birini başa düşdüyü müəyyən edilib.

Maşaripovun Reina hücumundan əvvəl Traore ilə birlikdə olduğu məlum olub.

Qeyd edək ki, Maşaripovun həyat yoldaşı olan Zarina Nurullayevadan iki uşağı var. Qız övladı keçən həftə həbs olunan anası Nurullayeva ilə həbsxanadadır,  3 yaşlı oğlu isə təşkilat üzvləri tərəfindən İŞİD nümayəndələrinə təslim edilib.

Maşaripov ilə Esenyurdda, təşkilatın evində həbs edilən qadınlardan biri- Misir vətəndaşı Dinə Əla Eid Sayed Əhmədin həyat yoldaşının da Müsəlman Qardaşları təşkilatının  (İhvan) üzvü olduğuna görə, Misirdə həbs edildiyi bildirilib.