Rusiya “Facebook”u qadağan edə bilər
06.03.2020 09:25Vətəndaşlarının internet istifadəsinə tam nəzarəti ələ almağa çalışan Rusiya hökuməti Facebook-a girişi bloklamaqla hədələyib. Hökumət bildirib ki, əgər Facebook öz məlumat bazasını Rusiyadakı serverlərdə saxlamağa razılıq verməsə, bu sosial platformaya giriş bağlanacaq.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, Rusiyanın Federal Kommunikasiyalar Agentliyinin başçısı Aleksandr Jarov Rusiya xəbər agentliklərinə deyib ki, hökumət Facebook-u Rusiya qanunlarına uyğun fəaliyyət göstərməyə məcbur edəcək. Bu qanunlar isə Rusiyada iş görən xarici şirkətlərdən məlumat bazasını Rusiya ərazisində yerləşdirməyi tələb edir.

