Rusiyada Azərbaycan diaspor rəhbərinin oğlu öldü
06.03.2020 09:25Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb.
Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.
Hadisə vaxtı ailə üzvlərinin evdə olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.

