Saakaşvili Ukrayna ərazisinə daxil olub
06.03.2020 09:25Ukrayna vətəndaşlığından məhrum edilən Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Polşadan Ukraynaya keçməsi barədə məlumat verib.
Об этом сообщает Руспрес
A24.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, Gürcüstanın sabiq prezidenti bu barədə Facebook sosial şəbəkəsində yazıb.
“Hazırda biz Krakoveç, Ukraynaya keçirik”, – Saakaşvili yazıb.
Bundan əvvəl, Ukrayna hökuməti bəyan edib ki, Saakaşvilini ölkəyə buraxmayacaq.
Xatırladaq ki, sabiq qubernator iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılıb.

