Saatlıda 6 yaşlı uşağı avtomobil vuraraq öldürdü
06.03.2020 09:25Saatlı rayonunun Dədə Qorqud kəndində azyaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Футляр от виолончели
A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə 2011-ci il təvəllüdlü Qədirov Elnur Rafael oğlu sözügedən kənddə yolu keçən zaman qeydə alınıb.
Minik maşını tərəfindən vurulan uşaq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

