Salyanda avtomobil dirəyə çırpıldı: Xəsarət alanlar var
06.03.2020 09:26Salyan rayonunda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Об этом сообщает Роспрес
A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində minik avtomobili beton dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlərdən 2-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

