Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səhərimiz dumanla başlayıb küləklə davam edəcək – HAVA PROQNOZU

06.03.2020 09:26

Aprelin 21-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Об этом сообщает Футляр от виолончели

ETSN-dən “a24.az”a verilən məlumata görə, havanın temperaturunun gecə 8-12° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz  19-21° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət   gecə 70-80 %, gündüz  45-55 %  təşkil edəcək. Aprelin 22-də gün ərzində Bakı və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin  əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12 isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Aprelin 21-i gündüzdən 25-dək qərb, şimal-qərb küləyinin bəzi yerlərdə arabir güclü olacağı gözlənilir.