Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şəkidə “Mercedes” yük maşını ilə toqquşdu: ölən var

06.03.2020 09:26

Şəkidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Об этом сообщает Футляр от виолончели

Saytımız bildirir ki,APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu  Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz rayonu Bayan kənd sakini, 1974-cü il təvəllüdlü Şövkət Bəhərçin oğlu Qarayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Oğuz şəhər sakini 1969-cu il təvəllüdlü Bəhruz Ərzuman oğlu Rüstəmovun idarə etdiyi “Ford” markalı yük maşını toqquşub.

Qəzadan sonra “Mercedes” markalı avtomobilin sürücüsü Ş. Qarayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Ş. Qarayevin həmkəndlisi olan sərnişini, 1988-ci il təvəllüdlü Cavad Əlövsət oğlu Cabbarov və yük maşının sürücüsü B. Rüstəmov aldıqları xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan APA-ya bildirilib ki, yaralıların xəsarətləri yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı  Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.