Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şəmkirdə qadın əri tərəfindən vəhşicəsinə döyüldü

06.03.2020 09:26

Şəmkir rayonunun Kür qəsəbəsində qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.

Об этом сообщает Роспрес

Saytımızın “report”a istinadən Qərb bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü qəsəbə sakini Elnur Quliyev həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Həsənovanı döyərək baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

Yaralı əvvəlcə yaxınlarının köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına köçürülən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Şəmkir Rayon Polis şöbəsində araşdırma aparılır.