Səs sürətində hərəkət edəcək qatar üçün ilk addım atıldı
06.03.2020 09:26Cənubi Koreya səs sürəti ilə hərəkət edəcək qatar üçün işlərə başladıqlarını açıqlayıb.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, dizayn edilən qatarın saatda 1234 kilometr sürətə çata biləcəyi açıqlanıb. Xüsusi bir balon içərisində hərəkət edəcək qatar maqnit sürəti ilə sürətləndiriləcək və ya sürəti azaldılacaq. Cənubi Koreyanın dəmiryolları idarəsinin məsul şəxsi qatarın Hanyang universitetinin alimləri tərəfindən hazırlandığını söyləyib. Bu layihə ilə təmiz enerjinin yaradılması və mənzil başına çatma vaxtının qısaldılması qarşıya məqsəd qoyulub.
Qeyd edək ki, amerikalı təşəbbüskar Elon Musk da daha öncə bənzər bir layihə üzərində çalışdığını açıqlayıb.

