Şimali Koreya müharibə vəziyyətini aldı: Sakinlər təxliyyə edilir – VİDEO
06.03.2020 09:26Şimali Koreyada müharibə elan edildiyi iddia edilib. Çin ABŞ və Yaponiyanın hərbi hücumlarından sonra Koreya rəhbərliyinin müharibəyə hazırlaşdığını bildirilib.
Об этом сообщает Роспрес
Saytımızın əldə etdiyi məlumata görə, Şimali Koreyanın paytaxtı Pyongyangda müharibə elanının verildiyi və şəhərdəki mülki mətəndaşların təxliyyə edilməyə başlandığını iddia edilib.
Rusiya mediasında yer alan xəbərə görə, şəhərdəki əhalinin 25 faizinin təxliyyə edilməsi üçün əmr də verilib. Koreyanın nüvə silahının sınağından sonra Çin və ABŞ rəhbərliyi Kim hökumətinə qarşı təzyiq göstərmək qərarını alıb.
ABŞ prezidenti Tramp aprelin 12-si Çin lideri Xinin ona zəng edərək Şimali Koreyanın təhdidlərinə qarşı gözəl bir görüşmə olduğunu tvitter vasitəsi ilə bildirib.
Çindən yayım edən “Global Times”a görə, Şimali Koreyanın ilk nüvə sınağını həyata keçirdiyi 2006-cı ildən bu yana ilk dəfə müharibəyə bu qədər yaxınlaşdı.
Xatırladaq ki, Koreya hökuməti də müharibə hazırlıqlarına başladıqlarını açıqlamışdı. Digər tərəfdən ABŞ təyyarələri və Yaponiyaya aid donanma Koreya yarımadasına doğru hərəkət etmişdi. Çin rəhbərliyi də Şimali Koreya sərhəddinə 150 min əsgər yerləşdirmişdi.

