Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

SON DƏQİQƏ – Məşhur “lotu” İstanbulda güllələndi

06.03.2020 09:26

Məşhur “lotu” İstanbulda güllələndi

Postsovet məkanının kriminal aləmində “Pankisli Dato” ləqəbi ilə tanınan “lotu”, 36 yaşlı çeçen David Alxanişvili İstanbulda güllələnib.

A24.az bildirir ki, D.Alxanişviloi gecə saatlarında cangüdənləri ilə restorandan çıxanda vurulub.

Об этом сообщает Руспрес

Yaxınlarını dediklərinə görə, “Dato” restoranda şam yeməyində olanda ona zəng ediblər. Naməlum şəxs “Dato”dan çölə çıxmasını istəyib.

D.Alxanişvili restorandan çıxan kimi ona atəş açılıb. 6 güllə yarası alan “Pankisli Dato” olay yerində həlak olub.

İlkin versiyalara görə, Tariel Onianinin qruplaşmasına məxsus olan “Pankisli Dato”ya sui-qəsdin sifarişçisi hazırda Rusiyada həbsdə olan “Şakro Molodoy” ləqəbli Zaxariy Kalaşov ola bilər.//Milli.az