Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sosial yardım üçün müraciət edən ailənin sərvəti ortaya çıxdı: Bahalı maşınlar, ev, hektarlarla torpaq sahəsi və daha nələr…

06.03.2020 09:27

Bursanın İnegöl qəsəbəsində avtobusda yaşayan ailənin baş vermiş yanğın hadisəsindən sonra araşdırmalar zamanı 4 nəfərlik ailə üzvünün sərvət dəyərində mal mülkü olduğu ortaya çıxıb.

Об этом сообщает Руспрес

A24.Az türkiyə mediasına istinadən xəbər verir ki, yanğın hadisəsindən sonra ailənin yardım üçün müraciətləri rəsmi şəkildə araşdırılarkən məlub olub ki, ailənin xeyli sayda mal mülkü var. Araşdırmalardan sonra Bursa İcra Hakimiyyətinin göstərişilə, Ailə və Sosial Siyasətlər İdarəsi ilə İnegöl bələdiyyəsi məsəslə ilə əlaqədar işləri davam etdirdilər. Rəsmi qurumlarla ailənin sosial-iqtisadi vəziyyəti araşdırılıb. Aparılan qeyri-rəsmi araşdırmalar nəticəsində ailəyə məxsus 2015-ci il model traktor, 3 ədəd avtomobil, 50 hektar ərazi, meyvə bağları, 60 ədəd kiçik baş heyvan və İnegöl mərkəzdə bir ədəd ev olduğu ortaya çıxıb.

Ailənin vəziyyətinin dövlətin sosial və humanitar təşkilatlarının yardım etmə göstəricilərinə uyğun olmadığı öyrənilib.

Orxan Aslanlı // A24.Az