Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Soydaşımızın 170 min avroluq dərman maşını oğurlandı, Baş prokurorluq Ukraynaya ağız açdı

06.03.2020 09:27

Azərbaycan Baş Prokurorluğu Ukraynada son vaxtlar azərbaycanlılara və Azərbaycan şirkətlərinə qarşı baş verən cinayətlərə münasibətini açıqlayıb.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi Ukrayna Baş Prokurorluğuna son dövrlər bu ölkədə azərbaycanlılara və Azərbaycan şirkətlərinə qarşı törədilmiş konkret cinayət hadisələrinin ictimaiyyət arasında geniş rezonans doğurması ilə əlaqədar bu cinayətlər üzrə araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması və həmin qanunazidd hərəkətlərə qısa müddətdə baxılaraq hüquqi qiymət verilməsi ilə bağlı müraciət edib. Ukrayna Baş Prokurorluğu həmin müraciətlər əsasında son illər azərbaycanlılara qarşı törədilmiş qətllər, əmlaklarının qəsdən məhv edilməsi, o cümlədən Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması ilə bağlı cinayət işləri başlayıb və bəzi cinayət işləri üzrə təqsirkar şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olunublar. “Azərbaycan Baş Prokurorluğu ölkə vətəndaşlarına, eləcə də azərbaycanlılara qarşı törədilmiş qanunazidd hərəkətləri qəti şəkildə pisləyir və görülən tədbirlərlə bağlı Ukrayna tərəfinin səylərini hərtərəfli dəstəkləyir”, – deyə E. Sultanov söyləyib.

Qeyd edək ki, Azərbaycanın “Epidbiomed” tibbi şirkətinə məxsus dərman və digər tibbi ləvazimatlarla yüklü 20 tonluq avtomobil Avstriyadan Bakıya gələrkən Ukraynada naməlum şəxslər tərəfindən oğurlanıb. Bundan başqa, son bir neçə ay ərzində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 18 ağır tonnajlı yük maşınları Ukraynada oğurlanıb, hüquq-mühafizə orqanlarına müraciət olunmasına baxmayaraq, heç bir hüquqi tədbir görülməyib.