Tanınmış aktyor kanala zəng edib Rövşanə Bektaşidən şikayət etdi – Ağ yuyub, qara sərdi – VİDEO
06.03.2020 09:27Bir müddət öncə Rövşanə Bektaşi müvəqqəti olaraq aparıcılıq etdiyi ARB TV-nin “Səhər-Səhər” verilişində teatrlarla bağlı xoşagəlməz fikirlər səsləndirmişdi.
Об этом сообщает Роспрес
“Qaçqın vəziyyətində olan teatrlar nəyə lazımdır ki? Bağlasalar, daha yaxşı olar” deyən aparıcı bir çox aktyorların və teatr sevənlərin qəzəbinə məruz qaldı
A24.Az xəbər verir ki, Bektaşiyə etirazını bildirənlərdən biri də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovdur.
O, şəxsi “Facebook” hesabında bu haqda düşüncələrini bölüşüb: “Bu mövzunu eşidən kimi dərhal reaksiya verdim. İlk növbədə teatrdan danışmaq üçün Teatrı tanımalısan. Danışılan mövzu və “bu mənim şəxsi fikrimdir” deyərək düşüncəsizcəsinə danışmaq ayıbdır. Qonaqlarına danışmağa imkan verməyən aparıcı deyir ki, Azərbaycanda fəaliyyət göstərən “Şuşa”, “İrəvan” və “Gənc Tamaşaçılar Teatrı” kiçik olduğu üçün bağlanmalıdır”.
Aktyor həmçinin qeyd edib ki, məsələ ilə bağlı televiziya rəhbərliyi ilə əlaqə saxlayıb və onlara narazılığını bildirib.
Minirə Qubatova // A24.Az

