Tbilisi metrosu sərnişinlərə sürpriz etdi
06.03.2020 09:27
Tbilisi metrosunun sərnişinləri maraqlı aksiya ilə qarşılanıblar.
A24.Az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, sərnişinlərə kitab hədiyyə edilib. Onlara aprelin 23-də Mtatsminda Panteonunda keçiriləcək “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş tədbirə dəvətnamə verilib. Burada sərgi olacaq və kitablar endirimlə satılacaq. Tbilisi meriyası həmçinin “şəhər-kitabxana” layihəsini də gerçəkləşdirir.
Layihə çərçivəsində ilin sonuna qədər Tbilisi metrosunun bütün stansiyalarında elektron kitabların yüklənməsi üçün QR-kodlu qurğular quraşdırılacaq.
Ümumilikdə şəhərdə 300 elektron kitabxananın istifadəyə verilməsi planlaşdırılır.
Об этом сообщает Футляр от виолончели

