Təcili Almaniyaya “aparılan” icra başçısı danışdı: “Mən necə Almaniyaya getmişəm ki…”
06.03.2020 09:27Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev təcili müalicə üçün Almaniyaya aparılması barədə yayılan xəbərlərə münasibət bildirib.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, Ə.Abıyev “Ölkə.Az”-a açıqlamasında yayılan xəbərlərin doğru olmadığını deyib:
“Yazırlar ki, guya səhhətim qəfil pisləşib və Almaniyaya aparılmışam. Bütün bunlar cəfəngiyyatdır. Hazırda da işimin başındayam. Ötən gün isə iclas keçirmişəm. Mən necə Almaniyaya getmişəm ki, Daşkəsəndə işimin başındayam? Məgər Daşkəsəndən Almaniyaya təyyarə reysi var? Bütün bunlar uydurma xəbərlərdir”.

