Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Orta məktəblərdə “Təkamül nəzəriyyəsi”nin tədrisi lazımdırmı? – EKSPERTLƏR CAVABLAYIR

06.03.2020 09:27

Bir neçə gün əvvəl Türkiyənin Təhsil Nazirliyi ibtidai siniflər və liseylər üçün təhsil proqramından Çarliz Darvinin “Təkamül nəzəriyyəsi”nin çıxarıb. Verilən bu qərar ölkəmizdə də eyni müzakirə obyektinə çevirib. Lakin mövzu cəmiyyətdə müəyyən fikir ayrılıqlarına səbəb olduğu üçün A24.Az redaksiyası məsələni araşdırmağa qərara alıb.

Об этом сообщает Роспрес

Əsas suallar isə bunlardır: Azərbaycanda orta məktəb dərsliklərinin tədris proqramından “Təkamül nəzəriyyəsi”nin çıxarılması aktualdırmı? Ümumiyyətlə, “Təkamül nəzəriyyəsi” tədris proqramından çıxarılarsa, şagirdlər hansı problemlərlə üzləşə bilərlər?

A24.Az-a açıqlama verən fizik Yalçın İslamzadə bildirdi ki, “Təkamül nəzəriyyəsi”nə biganə yanaşmaqla biz universitetlərinin təkamül araşdırmaları apardığı inkişaf etmiş cəmiyyətlərə çatmaq hədəfimizdən vaz keçib, orta əsrlərdə qalmış Şərq ölkələri sırasında durmağı seçmiş olacağıq. Onun sözlərinə görə, hazırda Azərbaycanda bu nəzəriyyə nə orta məktəbdə lazımınca tədris olunur, nə də geniş oxucu kütləsinin bu nəzəriyyə haqqında məlumatı var.

“”Təkamül nəzəriyyəsi” “insan meymundan əmələ gəlib” şəklində xarakterizə edilir  və “mason komplosu” kimi təqdim olunur. Bəzən biologiya müəllimləri özləri nəzəriyyəni şübhə altına alırlar. Bu nəzəriyyə haqqında dilimizə bir kitab belə tərcümə olunmayıb, ancaq bu nəzəriyyəni gözdən salmaq üçün ciddi maliyyəsi olan, hər vasitədən- jurnal, kitab, uşaqlar və böyüklər üçün videomateriallar, seminarlar və sairələrdən istifadə edən qruplar var. Maraqlıdır, onların bunda marağı nədir?

Canlıların mənşəyini və müxtəlifləşməsini izah edən, anatomiya, genetika, geologiya, paleontologiya kimi elm sahələrindən çoxsaylı faktlarla dəstəklənən bu nəzəriyyə dərsliklərdən çıxarılsa, bu, həm də təbliğatçıların artıq təhsilə müdaxilə edəcək gücə sahib olduqları demək olacaq. Gənclərimiz obyektiv reallıq haqqında bizi aydınladan bir nəzəriyyədən məhrum olacaq, dünyanı təbliğatçıların istədiyi kimi, mistik, möcüzə dolu yalan nəzəriyyələr ilə idarə edilən məkan kimi görəcəklər”.

Rezonans lahiyəsinin üzvü Taryel Abdullayev də, bu nəzəriyyənin tədris olunmasının tərəfdarıdır. Onun sözlərinə görə, “Təkamül nəzəriyyəsi”nin tədris olunmasından imtina etsək, genetika, morfologiya, hüceyrə biologiyası, anatomiya, biokimya, davranış biologiyası, ekologiya və inkişaf biologiyası və s. kimi bu sahələri nə ilə izah edə bilərik?

“Antik dövrə qədər uzanan təkamül anlayışı Darvinin böyük işləri nəticəsində sistematikləşdirilib, nəzəriyyə halını alıb, dünyanın öndə olan univeristetləri və elm ocaqları tərəfindən tədris edilir. “Təkamül nəzəriyyəsi” inkişafının bir nəticəsi olaraq növlərin dəyişməsini və yeni növlərin formalaşmasını təkamülə təsir edən faktorlar və mexanizmlər ilə açıqlayan nəzəriyyədir.

Bununla birlikdə “Təkamül nəzəriyyəsi” növlərin meydana gəlməsinə dair nöqtələri son elmi araşdırmaların gətirdiyi nəticələr və yeni tapıntılar ilə izah etməyə çalışır. Biz əgər ölkəmizdə elmin inkişafını istəyiriksə, Harvard, Kembric, Oxford, Yale və Berkeley və sair yüzlərlə ən tanınmış univeristetdə şöbələri olub tədris edilən bu nəzəriyyədən imtina etməli deyil, tədris olunmasına təhsil sistemimizdə geniş yer verməliyik və ən yaxşı səviyyədə təkamül nəzəriyyəsin mənimsəməliyik. Yoxsa ətraf mühiti, canlı aləmi və insanları başqa çür tanımaq mümkün deyil”.

Təhsil üzrə ekspert Kamran Əsədov isə yuxarıda sadalanan fikirlərlə razılaşmır. Onun sözlərinə görə, bu nəzəriyyə orta məktəb dərsliklərindən çıəxarılmalıdır.

“Elmdə vacib olan bir neçə mövzu var ki, bunlar həm orta, həm də ali məktəblərin dərsliklərində var. Dünya təcrübəsində orta məktəb dərslikləri daha sadə dillə yazılır. Yəni daha çox ali məktəblərdə tədris olunmalı olan, şagirdlərin yaş psixologiyasına uyğun olmayan mövzular dərsliklərə salınmır. Təəssüflər olsun ki, bizim bəzi orta məktəb dərslikləri ensklopedik səviyyədədir. Ona görə də, hesab edirəm ki, bu tipli materialların dərsliklərdən çıxarılması heç də, təhlükəli addım olmaz, əksinə bu mövzular ali məktəblərin tədris obyektidir, onların çıxarılması daha faydalı olar. Çünki belə olduğu təqdirdə, şagirdlərin digər mövzuları mənimsəməsi asanlaşar”.

Ekspert onu da əlavə etdi ki, belə ağır mövzular digər dərsliklərdə- riyaziyyat, həndəsə, tarix, Azərbaycan dilində də var və çıxarılmalıdır. Bu mövzular əslində geniş araşdırma mövzusudur, lakin bizim orta məktəb dərsliklərində bir neçə dərsə tədris edilir. Məsələn, riyaziyyatdakı belə ağır mövzuların humanitar fənlərə meylli şagirdlərə tədrisi onlarda bu fənnə qarşı marağın azalmasına səbəb olur. Təəssüf ki, bu gün 95% eyni mövzular həm orta, həm də ali məktəbdə tədris edilir. Bunların müəyyən edilərək orta məktəb dərsliklərindən çıxarılmasına ciddi ehtiyac var. Hesab edirəm ki, bu yaxın illərdə Azərbaycanda öz həllini tapacaq”.

İlahiyyatçı Elşad Miri isə orta məktəb dərsliklərindəki bu dəyişikliyi fərqli aspektdən şərh edir. İlahiyyatçının fikrincə, məktəblərdə “Təkamül nəzəriyyəsi” tədris edilirsə, bununla paralel olaraq “yaradılışçılıq” mənasına gələn Kreişionizm (Cretionism) də tədris olunmalıdır:

“Darvin onu bütün dünyaya tanıdan, nəzəriyyəsinin (daha doğrusu babası Erazmin) əsasını təşkil edən və 1859-cu ildə çap edilən “Növlərin mənşəyi” (Origin of Species) adlı kitabının ardından “İnsanın təkamülü” 1871-ci ildə nəşr olunan ikinci məşhur kitabı “İnsanın törəməsi” (The Descent of Man) adlı kitabları ilə məşhurlaşdı. Onun “Biql” (Beagle) gəmisi ilə etdiyi səyahəti əsnasında bəzi bitkilərin və heyvanların üzərindəki müşahidələrindən bəhs edən kitabları da çap olundu.

Bir növ “Təkamül” nəzəriyəsi ilə ateizmin ideoloji boşluğunu doldurdu. Bunlar əsasən müəyyən sahə ilə bağlı kitablardır. Onun dünyagörüşünü, xüsusilə də məqsədini və ətrafındakılarla bölüşdüyü fikirlərini ən yaxşı əks etdirən mənbə isə Darvinin ölümündən altı il sonra oğlu Francis Darvin tərəfindən hazırlanan “Çarlz Darvinin həyatı və məktubları” (Life and Letters of Charles Darwin) adlı kitabdır ki, burada Darvinin əslində Allaha inandığı ilə bağlı faktlar da var. Mən bu barədə geniş danışmaq istəmirəm”.

Elşad Miri qeyd etdi ki, burada əsas sual məktəblərdə “Təkamül  nəzəriyəsi”nin tədris olunması ilə bağlıdır. Əvvəllər bu nəzəriyyə insan və cəmiyyət dərsində keçilirdi. Bu zaman isə şagirdlər müəllimi məsxərəyə qoyardı, amma buna rəğmən onlar təkamül ilə bağlı suallara qiymət almaq üçnü cavab verirdilər. Birincisi, o öyrədilən nəzəriyyədir. Bu nəzəriyyə qanun deyil. İndiyə qədər də bir çox özünü ateist, aqnostik və yaxud da deist adlandıran, amma Darvinin təkamül nəzəriyyəsini qəbul eləməyən bəzi insanlar var və bunun elmə zidd olduğunu deyirlər. Təkamülü qəbul edən müsəlman alimlər də az deyil. Təbii ki, mövzumuz bu deyil, amma əgər məktəblərdə təkamül nəzəriyəsi tədris edilirsə, bununla paralel olaraq “yaradılışçılıq” mənasına gələn Kreşınizm (Cretionism) də tədris olunmalıdır.

Sonda müsahiblərin şərhlərindən sonra mövzuya nöqtə qoymaq məqsədi ilə Təhsil Nazirliyinə sorğu göndərdik Nazirlikdən bildirildi ki, sözügedən nəzəriyyənin dərsliklərdən çıxarılması hal-hazırda müzakirə mövzusu deyil.

Xəyalə Əliyeva, İlkin Mustafayev