Trampın çıxışı zamanı Şimali Koreya səfiri zalı tərk etdi – BMT-də siyasi oyun
06.03.2020 09:28Tramp tribunada çıxış edərkən Koreyalı səfir zalı tərk etdi.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, BMT-nin 72-ci Baş Assambleyasında Şimali Koreyanın BMT-dəki Səfiri Ja Song Nam zalı tərk edib. Nam Tramp tribunada çıxışa başlayan kimi hər kəsin gözü qarşısında zalı tərk edib.
Qeyd edək ki, ABŞ-ın Nyu-york şəhərində Birləşmiş Millətlər Təşkilatının 72-ci Baş Assambleyası keçirilir. ABŞ prezidenti Donald Trampın nitqi ilə açılış mərasimi həyata keçirilib. Ancaq son zamanlar ABŞ və Şimali Koreya arasında gərginləşən münasibətlərdən sonra ABŞ prezidenti Donald Tramp açılış üçün nitq söyləyərkən Şimali Koreyanın BMT-dəki səfirinin etdiyi hərəkət məclisə “damğa” vurub.
TRAMPIN ÇIXIŞINI DİNLƏMƏDİ
Çıxış üçün kürsüyə gələn Tramp liderləri salamladıqdan sonra müraciətinə başladı. ABŞ Prezidentinin çıxışı zamanı nümayəndələrin əyləşdikləri yerdə bir hərəkətlilik meydana gəlib, bir adamın Tramp danışarkən ayağa qalxaraq zalı tərk etdiyi görülüb.
ŞİMALİ KOREYA MƏHV ETMƏKLƏ TƏHDİD ETMİŞDİ
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya liderini “İntihar missiyası olan raket adam” şəklində təsvir edərək, Şimali Koreyanın nüvə fəaliyyətlərinə davam edəcəyi təqdirdə “Şimali Koreya tamamilə məhv etməkdən” başqa variantlarının qalmayacağını demişdi.
Orxan Aslanlı

