Türk millət vəkili “Sizin İraqda nə işiniz var?” deyən ABŞ-a Şəhidlər Xiyabanını göstərdi – VİDEO
06.03.2020 09:28Türkiyə – Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, AK partiyasının Adana millət vəkili Necdet Ünüvar, Ak partiyasının Iğdır millət vəkili Nurəddin Arasla birlikdə Millət Məclisində mətbuat konfransı keçirib. Konfransda millət vəkilləri 18 oktyabrın Azərbaycanın Müstəqillik Günü olduğunu nəzərə çatdırıb.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, Azərbaycanın ötən 100 il ərzində müstəqilliyini iki dəfə qazandığını bildirən Ünüvar 1918-ci ildə elan olunan müstəqilliyin Nuri Paşanın idarəsində olan Qafqaz İslam Ordularının səyi nəticəsində əldə edildiyini vurğulayıb.
“Bakıdakı Şəhidlər xiyabanına getdiyiniz zaman, orda mosullu ilə malatyalını, hələbli ilə hataylını, kosovalı ilə adanalını, kərküklü ilə kayserilini yan-yana görmək mümkündür. Əslində Bakıdakı Şəhidlər xiyabanı bizə bunları deyir: Onların yan-yana yatması ilə bu gün “sizin İraqda nə işiniz var, Suriyada nə işiniz var” deyənlərin suallarının cavabını təşkil edir”.
1920-ci ildə Sovetlər Birliyinin Azərbaycanı yenidən işğal etdiyini deyən Necdet Ünüvar Azərbaycanın işğalının və Türkiyənin 100 ildir məruz qaldığı hücumların da təsadüf olmadığını söyləyib:
“Təsadüf olmayan başqa bir şey var ki, o da türklərin əsla əsarət altında məhkum olmayacağıdır. Bu günə qədər əsarəti əsla qəbul etmədik, bundan sonra da qəbul etməyəcəyik. Necə ki, Azərbaycan həm 1918-ci ildə, həm də 1991-ci ildə müstəqilliyinə qovuşdu… Anadolu coğrafiyasında yurd salan bizlər də heç vaxt əsarəti qəbul etmədik. Bunun yaxın keçmişdə ən əhəmiyyətli nümunəsi 15 iyul hadisələridir. Əl-ələ versək yenə biləcəyimiz hər hansı bir güc yoxdur”.
Saytımız Türkiyə mediasında yayımlanan videomaterialı təqdim edir:
Firuzə Alimova / MTM

