Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyə Azərbaycana satdığı dondurmadan da qazanır – VİDEO

06.03.2020 09:28

Türkiyə 68 ölkə və 4 bölgəyə sərbəst şəkildə dondurma ixrac edir.

Об этом сообщает Руспрес

Saytımızın məlumatına görə, 2012-ci ilin yanvar ayından 2017-ci ilin iyun ayına kimi 87 min 366 ton dondurma satan dondurma istehsalçıları bu ixracatdan 204 milyon dollar qazanc əldə edib.

Ölkə xaricinə satılan dondurmanın kiloqram başına ixracat dəyəri isə 2,3 dollar olaraq hesablanır.

Türkiyənin 2012-ci ildə dondurma sahəsi üzrə ixracatı ona yalnız 36 milyon dollar civarında qazandırıb.

Türkiyə Statistika Komitəsi və BMT-nin hesablamalarına görə, dünyanın ən böyük 15-ci dondurma və buzlu qida ixracatçısı Türkiyədir. İraq dondurma ixracatında Türkiyə üçün ən öndə gedən bazarı kimi önə çıxır. İraqdan sonra gələn ölkələri Kosova, Albaniya, Şimali Kipr Türk Cümhuriyyəti, BƏƏ və Azərbaycan təqib edir.

Türkiyənin dondurma ixrac etdiyi uzaq ölkələr sırasında ABŞ, Avstraliya, Braziliya, Çin, İndoneziya, Cənubi Afrika, Hindistan, Kanada, Pakistan, Seneqal və Çili kimi ölkələr yer almaqdadır.

Saytımız Türkiyə mediasında yayımlanan videomaterialı təqdim edir:

Firuzə Alimova / MTM