Türkiyə rəqəmsal oyunlarda İslamofobik məzmunları çıxartmağa nail oldu
06.03.2020 09:28Türkiyə rəqəmsal oyunlarda təbliğ olunan İslamofobik nüansların götürülməsi üçün apardığı mübarizənin nəticəsini əldə edib.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur oyun şirkətləri sözügedən oyunlarda mövcud olan İslamofobik məqamların götürüləcəyini açıqlayıb.
Türkiyədə yerli rəqəmsal oyunların yaradılması üçün hazırlıq işləri də gedir. İqtisadiyyat naziri Nihat Zeybekçinin də “Dünya nəhəngi olmaq istəyirik” deyərək dəstəklədiyi yerli oyunlarda şiddət, qorxu olmayacaq. Hazırlanacaq yeni rəqəmsal oyunlarda tarixi hadisələrə və milli mədəniyyəti aşılayacaq məqamlara daha çox yer veriləcək.
Lakin son zamanlar rəqəmsal oyunlar vasitəsi ilə yayılan İslamofobik məzmunların artması və daxil olan çoxsaylı etirazlar nəticəsində Gənclər və İdman Nazirliyinin həyata keçirtdiyi mübarizə də öz nəticəsini verib. Dünyada ən çox istifadəçi tərəfindən oynanılan “Call of Duty Modern Warfare-2”, “Counter Strike”, “Tekken Tag Tournament” və “Zach&Wiki” adlı oyunlarda olan və müsəlmanların diqqətini çəkən İslamofobik məzmunlar oyunlardan çıxarılıb. Hətta firmalar oyunlarda yer alan İslamofobik nüans və səs effektlərinin yeni proqramla birlikdə oyunlardan çıxarıldığını açıqlayıb.
Qeyd edək ki, Türkiyədə rəqəmsal oyun oynayanların sayı 30 milyon nəfərdir.

