Türkiyədə hərəkat liderinin Amerika haqqında dedikləri rekord qırdı
06.03.2020 09:28Türkiyənin Milli Görüş Hərəkatının lideri professor Nəcməddin Ərbakanın “Mənə nə, Amerikadan!” şüarı sosial mediada paylaşım rekordları qırır.
Об этом сообщает Руспрес
A24.Az yerli mediaya istinadən xəbər verir ki, Türkiyənin Milli Görüş Hərəkatının lideri (həmçinin Türkiyənin keçmiş baş naziri) Nəcməddin Ərbakanı Türkiyə Böyük Millət Məclisində (TBMM) etmiş olduğu əfsanəvi çıxış sosial mediada böyük marağa səbəb olub.
Milli qəzetdə nəşr edilən xəbərə görə, Amerikadan heç bir zaman dost olmayacağını qeyd edən vətəndaşlar prof. Dr. Nəcməddin Ərbakanın “Qüvvət və qüdrət sahibi Amerika deyil, Cənab “ALLAH”dır” sözünü xatırladır.
ABŞ-ın Türkiyə ilə viza qərarından sonra ABŞ dövlətinə qarşı çıxan türklər, bu məsələyə Ərbakanın “Mənə nə, Amerikadan!” sözləri ilə öz reaksiyalarını bildiriblər.
Türkiyənin Milli Görüş Hərəkatının lideri Ərbakan Böyük Millət Məclisində çıxış etdiyi zaman, həmin dövrün hökumətinə müraciət edərək bu ifadələri səsləndirmişdi. N.Ərbakanın səsləndirdiyi fikirləri olduğu kimi təqdim edirik:
“Vay canına ya, biri hipnotize mi ediyor sizi Allah aşkına? Efendim, Amerika’nın hoşuna gitmezmiş, banane Amerika’dan, banane Amerika’dan! Amerika mı bizi yönetecek?”
Orxan Aslanlı / A24.az

