Türkiyədən ATƏT-ə sillə kimi sözlər: “Qarabağın erməniləşdirilməsinin baş memarı oldular”
06.03.2020 09:28Türkiyədə 16 aprel referendum seçkilərini izləmək üçün “qərəzsiz” olaraq göndərdiyi, lakin “hayır” kompaniyasını təşkil edən ATƏT heyətinin başçısının və üzvlərinin PKK-lı olduğu aşkara çıxıb. Türkiyə mediası ATƏT-in fəaliyyəti ilə bağlı bir neçə faktı araşdırmağa çalışıb. Beləliklə, müəyyən olub ki, ATƏT-in dünyadakı mövqeyi heç də ölkələr arasında sülh yaratmaq deyil. Əksinə, böyük çaxnaşmalara səbəb olmaqdır.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasının mövzu ilə bağlı irəli sürdüyü tarixi faktları təqdim edir:
Belarusdan qovuldular…
ATƏT-in yalan yaydığı hesabatlar Türkiyə ilə yekunlaşmır. 2011-ci ildə ATƏT prezident seçkiləri ilə əlaqədar Avropa Birliyi ilə əlaqələri heç də yaxşı olmayan Belarusa müşahidəçi göndərir. Həmin ilin 19 dekabr tarixində keçirilən seçkilərdə ATƏT-in müşahidəçisi səslərin düzgün sayılmadığını, seçkilərin demokratik keçirilmədiyini irəli sürür. Bu hesabatdan dolayı ATƏT Belarusdan qovulur.
Adı korrupsiyaçı kimi qeydiyyatdan keçdi…
ATƏT-in Türkiyəyə göndərdiyi müşahidəçilərdən Litvalı Rikardas Ramoskanın adı böyük rüşvət qalmaqalında hallanıb. Hətta Ramoska tutduğu əməldən dolayı haqqıda hökm də oxunub. Belə ki, Ramoskanın həmin dövrdə viza əməliyyatları üçü rüşvət aldığı deyilir.
Müşahidəçiliklə agentlik edib…
2007-ci ildə Türkmənistanda keçirilən prezident seçkilərində də ATƏT ilə bağlı başqa bir qalmaqal ortaya çıxır. ATƏT-in Türkmənistana göndərdiyi müşahidəçi Benjamin Moreaunun ölkə əleyhinə agentlik etdiyi məlum olur. Həmin ildə Türkmənistan Moreau haqqında araşdırmaya başlayır.
Azərbaycanı qarışdırdı…
1992-ci ildən bəri Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib. Qağlıq Qarabağ problemini həll etmək məqsədi ilə ATƏT-in Misk qrupu sözdə “sülh yolu” desə də, Fransa, ABŞ və Rusiyada 25 ildir görüşlər keçirir, lakin ermənilərin Azərbaycan torpaqlarından çıxarılması üçün heç bir addım atmır. Bu müddət ərzində Azərbaycan torpaqlarına erməni əhalisi məskunlaşdırılaraq işğal altında olan bölgələrin erməniləşdirilməsi siyasəti yeridilir. 25 ildir hadisələri idarə edən ATƏT isə Azərbaycanın 5-də bir hissəsinin erməniləşməsi layihəsinin baş memarı olub.

