Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ukraynanın baş prokuroru: “Saakaşvili nə ekstradisiya ediləcək, nə də həbs olunacaq”

06.03.2020 09:28

Ukraynanın baş prokuroru Yuri Lusenko bildirib ki, Mixail Saakaşvili Ukraynadan çıxarılmayacaq və sərhəddəki hadisəylə əlaqədar həbs edilməyəcək.

Об этом сообщает Футляр от виолончели

Virtualaz.org bildirir ki, bu barədə Ukrayna KİV-i xəbər yayıb.

“Mən, baş prokuror kimi, sizə aydın və dəqiq deyirəm: Saakaşvili bu iş üzrə həbs edilməyəcək. Nə qədər ki, onda daimi yaşamaqla bağlı şəhadətnamə və ya başqa sənədlər var, hansıları ki, o təqdim edir, Saakaşvili bu ölkədən ekstradisiya da oluna bilməz”, – deyə baş prokuror vurğulayıb.

Lusenko daha sonra əlavə edib: “Kimlər ki, onu sərhəddən keçiriblər, cinayət işi üzrə problemləri olacaq, amma həbs edilməyəcəklər. Lakin kimlər ki, Ukrayna sərhədçilərini vurublar, həbs ediləcəklər. Onlar yeddi il oturmalıdır ki, bütün siyasətçilər yadda saxlasınlar: mitinq etmək olar, hətta lazımdır, amma Ukrayna sərhədini qoruyan əsgərləri vurmaq olmaz!”.

Baş prokuror həmçinin qeyd edib ki, Saakaşvili Ukrayna vətəndaşlığı ilə bağlı öz problemini həll etmək imkanına malikdir.