Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi Bakıda bəzilərinin ümidi puça elədi

06.03.2020 09:28

“Rusiya məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarı qüvvədə saxladı. Müəyyən ümidlər var idi ki, məhkənin qərarı yuxarı instansiyada təsdiq olunmayacaq. Olundu və Bakıda bəzilərinin ümidi puça çıxdı. Bu o deməkdir ki, Rusiyanın hakim dairələrində Azərbaycana təzyiq etməyin tərəfdarı olan qrup güclüdür”.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiya məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarı qüvvədə saxlamasını şərh edərkən deyib. Politoloq bildirib ki, bir neçə gün əvvəl Rusiyanın paytaxtında “Moskva-Bakı oxu – Qafqazın yeni geosiyasətinə doğru” adlı konfransda Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin doğru qərar olmadığı rusiyalı rəsmilərin və deputatların diqqətinə çatdırılmışdı:

“Həmin konfransda rusiyalı siyasətçilər və ekspertlər Azərbaycanın Rusiyanın orbiti ətrafında fəaliyyət göstərməsinin vacibliyinə eyham vurmuşdular”.

“Konqresin qeydiyyatını ləğv edirlər və işğalçı Ermənistanı silahlandırırlar, sonra da konfransda bizimkilərə sual edirlər ki, “niyə Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmur?” Rusiyanın Azərbaycandakı “5-ci kolonunun” ölkədə daxili gərginliyi artırmaq və Qərblə münasibətlərə kölgə salmaq üçün eləmədiyi pislik qalmayıb, bircə xozeyinlərinə deyə bilmirlər ki, bəs axı sən də Azərbaycan-Rusiya münasibətlərini korlayırsan və beləcə bizim də ”işimizi” çətinləşdirirsən…” – deyə E.Şahinoğlu əlavə edib.

Orxan Aslanlı / A24.az