Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

ÜST xəbərdarlıq etdi: qızılca xəstəliyi yayılır

06.03.2020 09:28

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrində qızılca xəstəliyinin yayılması ilə bağlı xəbərdarlıq yayıb.

Об этом сообщает Роспрес

A24.Az Reporta istinadən xəbər verir ki, ÜST buna səbəb kimi peyvənddən az istifadəni göstərib.

Qurumun yaydığı açıqlamada başda İtaliya və Rumıniya olmaqla peyvənddən istifadənin zəif olduğu ölkələrdə qızılca xəstəliyindən əziyyət çəkənlərin sayında artım olduğu bildirilir: “Xəstəlikdən qorunmaq üçün insanların ən azı 95 faizi qızılcaya qarşı peyvənd olunmalıdır. Lakin bir çox ölkədə bu göstərici olduqca aşağıdır. Ona görə də həmin ölkələrdə qızılca artıq epidemiya formasını alıb. Həmin ölkələr arasında Fransa, Almaniya, İtaliya, Polşa, Rumıniya, İsveçrə və Ukrayna yer alır”.

ÜST-nin məlumatlarına görə, bu ilin ilk ayında İtaliyada 200-dən çox insanda qızılca qeydə alınıb. Eyni zamanda, Rumıniyada ötən ilin yanvar ayından bu yana 3 400 belə fakt qeydə alınıb ki, onlar arasında 17 ölüm baş verib.