Vəkil Rza Zərrabın Amerikaya getmə səbəbini açıqladı: “Gəzməyə deyil, bilərəkdən getdi” – VİDEO
06.03.2020 09:28Türkiyəli vəkil Celal Ülgen Rza Zərrabın ABŞ-a gəzmək üçün deyil, bilərəkdən getdiyini söyləyib.
Об этом сообщает Роспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, “Habertürk”də qonaq olan vəkil Rza Zərrabın Amerikaya niyə getməsi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.
Ülgen “Əslində Rza Zərrab Türkiyədən öz istəyi ilə getmədi. Və ya “Amerikaya gəzməyə gedirəm” deyə getmədi. Türkiyədə ABŞ agentləri ilə görüşdü. Həyatının təhlükədə olduğunu söylədilər, o da həmin danışıqlardan sonra razılığa gələrək getdi” ifadələrini işlədib.
Aparıcının “bu vaxta kimi yaşadıqlarımız teatr idi?” sualına vəkil “Əlbəttə, Ora gedən zaman nə olacağı, nə edəcəyi az-çox məlum idi” cavabını verib.
Saytımız verilişdən olan videogörüntüləri təqdim edir:

