Vəzifəsindən azad olunan imam QMİ-nin əmrinə tabe olmur
06.03.2020 09:28Zaqatala rayonu Car məscidində imam vəzifəsindən azad olunan Hacı Məhəmməd Vasiyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əmrinə tabe olmayaraq, fəaliyyətini davam etdirir.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, Hacı Məhəmməd Vasiyev APA-ya kənd camaatının xahişi ilə fəaliyyətini davam etdirdiyini bildirib.
Dəfələrlə məscidin dindarları tərəfindən onun işinə bərpa olunması üçün QMİ-nin bölgə nümayəndəliyinə müraciət edilsə də, cavabsız qalıb.
O qeyd edib ki, məscidə məxsus dini icmanın də qeydiyyatı üçün sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerdəki şöbəsinə təqdim ediblər: “Lakin məscidimizə nə imam təyin edilir, nə də mənim imamlığım yenidən təsdiqlənir. Bir neçə dəfə kənd camaatı adından QMİ-də olsam da, idarənin yerdəki nümayəndəsi vasitəsilə söz verilsə də, nəticə yoxdur”.
QMİ-nin Zaqatala-Balakən bölgəsi üzrə qazısı Hacı Malik Bilalov bildirib ki, həmin məscidin imamı ondan əvvəlki qazının vaxtında – 2015-ci ildə işdən azad olunub.
O, artıq 1 ildən çoxdur, məscidə QMİ tərəfindən imam təyinatının olmamasını orada dini icmanın təkrar qeydiyyatdan keçməməsi ilə əlaqələndirsə də, Hacı Məhəmməd Vasiyevin fəaliyyətini davam etdirməsi barədə danışmaq istəməyib.

