Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yaşı çatmadan maşın idarə etdi və öldü – Azərbaycanda

06.03.2020 09:29

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Ərkivan qəsəbəsində, “Ərkivan dairəsi” deyilən ərazidə qeydə alınıb.

Sürücüsünün kimliyi məlum olmayan 44 BD 497 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı avtomobil idarəetmənin itməsi səbəbindən yolun kənarındakı maneəyə çırpılıb.

Avtomobildə olan sərnişin, sürücünün qohumu olduğu bildirilən 2002-ci il təvəllüdlü Gözəlov Elşad Elşən oğlu ağır xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa  da, onu xilas etmək mümkün olmayıb.

Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.