Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yeni ixtisaslar yaradıldı

06.03.2020 09:29

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar yaradılıb.

Об этом сообщает Руспрес

A24.Az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “ Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı” və “Ali təhsilin magistratura səviyyəsi üzə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən bakalavriat səviyyəsi üzrə “Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsində  bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik və şərabçılıq ixtisasları, ali təhsilin magistratura səviyyəsi üzrə “Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsində  ekoloji kənd təsərrüfatı, “Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsində landşaft bağçılığı, “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsində aqrobiznes ixtisasları yaradılıb.