Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun…-FOTO

06.03.2020 09:29

Azərbaycanda yeni tədris ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bir neçə məktəbin direktoru dəyişdirilib. Həmin məktəblərdən biri də Sumqayıtda fəaliyyət göstərən 25 nömrəli tədris ocağıdır. Sosial şəbəkələrdə sözügedən məktəbə gənc xanımın təyinat alması barədə məlumatlar yayılıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəbəkə istifadəçiləri xanım direktor Arzu Alızadənin bu vəzifəni icra etmək üçün çox gənc olduğunu vurğulayıblar.

Direktor Arzu Alızadə isə bildirib ki, o, təhsil sahəsində 20 ildir ki, fəaliyyət göstərir: “Mənim 20 il pedaqoji stajım var, yazıldığı kimi, elə də gənc deyiləm, 1976-cı ildə doğulmuşam. Allahın verdiyi simadır. 20 və 22 nömrəli məktəblərdə dərs demişəm, Sumqayıt şəhər Təhsil Şöbəsində işləmişəm. İmtahanda 68 bal toplayaraq 25 nömrəli məktəbə direktor təyin olunmuşam”.

A. Alızadə qeyd edib ki, Qafqaz Universitetinin təşkil etdiyi “Məktəb direktorlarının hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirib və müzakirələrə səbəb olan foto da həmin kursda çəkilib.