Yol hərəkəti haqqında bu qanuna dəyişiklik ediləcək
06.03.2020 09:29Bu gün “Yol hərəkəti haqqında” qanuna müəyyən dəyişikliklər ediləcək.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bu barədə, nəqliyyat məsələləri üzrə eksprt Ərşad Hüseynov məlumat verib.
“Dəyişiklik qüvvəyə mindikdən sonra avtomobilini qeydiyyatdan (o cümlədən addan-ada keçirərkən), texniki baxışdan keçirərkən və sürücülük vəsiqəsini dəyişərkən adamın yol hərəkəti qaydalarını pozmaya görə qanuni qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, bu cərimələr tam ödənilməmiş həmin hərəkətlər edilməyəcək.Yəni qanuni qüvvəyə minmiş və ödənilməmiş cəriməsi olanlara cərimə ödənilməyənədək avtomobilin qeydiyyatından imtina ediləcək, texniki baxış talonu verilməyəcək, sürücülük vəsiqəsi dəyişdirilməyəcək. Ona görə də qaydaları pozmayın, pozduqda da cəriməni vaxtında ödəyin ki, sonra yeni problem çıxmasın”- deyə ekspert vurğulayıb.

