“Yoxlama” verilişi məktəbdə oldu, məktəbin direktoru özünə yer tapa bilmədi – VİDEO
06.03.2020 09:29ATV kanalında yayımlanan “Yoxlama” verilişində qalmaqallı görüntülər lentə alınıb.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, verilişin aparıcısı Azər İsmayılov Bakının 171 saylı orta məktəbində olub. Məktəbin bufetində çəkiliş etməyə çalışan aparıcının üzünə qapı açılmayıb. Yalnız yarım saatdan sonra bufetə daxil olan çəkiliş qrupu ordan lazımsız qidaların yığışdırıldığını görüb.
Daha sonra aparıcı məkətbin dəhlizində qapısı açıq olan elektrik naqillərinin yerləşdiyi “şit”i görüb və bunun uşaqlar üçün təhlükəli olduğunu direktora bildirib. Direktor isə “hələ bu məktəbin ən yaxşı yerləridir” deyib.
Dəhlizdə uşaqların səs-küyünü soruşanda isə direktor tənəffüsün olduğunu bildirib. Aparıcı isə əksinə, otaqlarda dərsin getdiyini müşahidə edib.
Direktor çəkiliş qrupunun məktəbdə qarşılaşdığı mühitlə bağlı verdiyi suallara çox aqressiv cavab verib.
Saytımız verilişdən olan videogörüntünü təqdim edir:

