Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zirzəmidən tabut tapıldı – İçindəki görənləri dəhşətə gətirdi

06.03.2020 09:29

A24.az xəbər verir ki, San-Fransiskoda yerləşən bir evin zirzəmisindən içində cürüməmiş uşaq cəsədi olan tabut tapılıb.

Об этом сообщает Роспрес

Bu inanılmaz hadisə ev sahibəsi Ericka Karnerin ailəsi ilə birlikdə yaşadığı evi təmir etdirmək fikrinə düşdüyündən sonra baş verib. Fəhlələr təmir zamanı zirzəmisidə bir uşaq tabutu tapıblar. Həm ailə, həm də fəhlələr tabutu görəndə tükləri tikan-tikan olub. Ailə dərhal bu hadisəni araşdırmağa qərar verib və altından çıxan həqiqətlər bütün ailə şok edib.

Tabutun üstü şüşədən hazırlanıbmış. İçindəki iki yaşında olduğu ortaya çıxan uşağın bədənini şüşədən aydın görmək mümkün olurmuş. Ailə bu balaca uşağın kim olduğunu araşdırmağa başlayıb. Həqiqətlər isə ancaq bir il sonra ortaya çıxıb. Belə ki, tabutun 19-cu əsrə aid olduğu məlum olub. Tabutun içi hava almadığından uşağın cəsədi cürüməyibmiş. Tabutdakı uşağın əlində bir buket tutması da daha çox diqqəti çəkib.

Evin sahibəsi Ericka Karner dərhal hadisə barədə polisə məlumat verib. Sonra kimliyi naməlum uşaqların dəfn mərasimlərini həyata keçirən bir təşkilatla əlaqə yaradıb. Bundan sonra Erickanın evinin olduğu yerin 1930-cu illərə qədər qəbiristanlıq kimi istifadə edildiyi ortaya çıxıb. Ərazidə evlər tikilməyə başlayanda isə qəbiristanlıq başqa yerə köçürülüb. Ancaq uşağın tabutu orada unudulub.

Tabutdakı uşağa Miranda adı verilərək cənazəsini başqa yerə aparıblar. Ancaq yenə də uşağın kim olduğu bilinməyib və buna görə də araşdırma davam etdirilib. Nəhayət uşağın adının Edit Hovard Kuk olduğu ortaya çıxıb. Kuk 13 oktyabr 1876-cı il tarixində həyatını itirib. Bundan başqa, Editin qardaşının nəvəsi Piter Cookun həyatda olduğu da öyrənilib.

Editin dəqiq ölüm səbəbi bilinməyib, ancaq yoluxucu xəstəlikdən dolayı həlak olduğu ehtimal edilib. Editin həqiqi kimliyi ortaya çıxandan sonra tabutu başqa bir qəbiristanlığa aparılıb və cənazə mərasimi təşkil edilib. Dəfn mərasimində qohumu Piter Kuk da iştirak edib.

Foto Qalereya: