Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İnsanların xoşbəxtliyini gözündə qoyan menyu QİYMƏTLƏRİ – HƏTTA 300 MANATA – Səhifə 2

06.03.2020 09:29

Ən qədim toy adət-ənənələrini bu günə kimi saxlayan xalqımız ən özəl gününə həmişə xüsusi canfəşanlıqla hazırlaşıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, Azərbaycan toyları öz əzəməti, qiyməti və möhtəşəmliyi ilə bir-biri ilə rəqabətə doymayan məclislərdir. Beynəlxalq statistikaya nəzər salsaq görərik ki, ölkəmiz dünya miqyasında keçirilən toy xərclərinə görə 3-cü yerdədir.

Bu gün ölkənin bütün bölgələrində, xüsusilə də paytaxt Bakıda hər addımbaşı şadlıq saraylarına rast gəlmək mümkündür. “Təki həmişə toy olsun” – bu məsələnin əsas tərəfidir, ancaq pərdəarxası hesablar da gözardı ediləcək qədər kiçik deyil.

Buna görə də A24.az bu dəfə ölkəmizin ən bahalı toy restoranlarını və onların “atsan atılmaz, satsan satılmaz” menyu qiymətlərini araşdırıb:

Hollywood” şadlıq sarayı:

Son illərdə ən çox tələb görən restoranlardan biridir. Restoranda 120-150-180 manatlıq 3 menyu paketi mövcuddur. Qiymətə həyətdə fontan, “slide show”, manşet, furşet, həmçinin açıq havada kəbinin təşkili daxildir.

  1 2 3  
2 / 3
1 2 3

“Böyük Saray”

Son günlər ölkənin ən yüksək təbəqəsinin əksəriyyətinin üz tutduğu bu şadlıq sarayının qiymətləri hərarəti ilə əl yandırır. Belə ki, menyu qiymətləri 220-300 manat arasında dəyişir. 220-250-300 manatlıq menyu paketləri mövcuddur. Qiymətə həmçinin müğənni, dekor, yüksək səviyyəli çəkiliş, red ekran, qırmızı xalça, fix menyu daxildir.

  1 2 3  
2 / 3
1 2 3

“Xəzinə” restoranı

Yeni açılsa da bu restoran bazara sürətli giriş edə bilib. Nəhəng binasını və menyunun çeşidliliyini nəzərə alsaq görərik ki, “Xəzinə” siyahıda ən ucuz saraydır. Xırdalan şəhərində yerləşən şadlıq evində qiymətlər 37-80 manat aralığında dəyişir. Maxsimum 750 nəfər qonaq qəbul edə bilmək potensialına malikdir. Qiymətə gəlin maşını, kran çəkilişi, şar yağışı, furşet, musiqi və dəvətnamə də daxildir.

  1 2 3 4 5  
2 / 5
1 2 3 4 5

“Neolit” şadlıq sarayı

Şadlıq sarayının ən böyük zalı 850 nəfərlik “Neolit Hall”dur. Menyu 120-200 manat arasında dəyişir. Qiymət yüksək olsa da, maraqlısı onur ki, bu məbləğə yalnız yeməklər daxildir. Digər xidmətlər toy sahibi tərəfindən ödənməlidir.

  1 2 3  
2 / 3
1 2 3

“Ay İşığı” şadlıq sarayı

Restoranın ən bahalı qiymətləri VİP zaldadır. Sarayda menyu qiymətləri 80-150 manat aralığıında dəyişir. Qiymətə gəlinin bəzədilməsi, musiqi, furşet stolu, bar, rəqs, tort da daxildir.

  1 2
2 / 2
1 2

“Park Meridian”

Son 1 ildə ölkənin səs salan ən möhtəşəm toylarının əksəriyyəti məhz bu restoranda keçirilir. Qiymətlər isə göz çıxarır. Menyu 90-250 manat arasında dəyişir. Qeyd edək ki, bu nəhəng qiymətə ancaq yemək daxildir.

  1 2
2 / 2
1 2

“Buta” Palace

Əsasən, dövlət adamlarının övladlarının toy məclislərinin baş tutduğu bu saray maxsimum 1000 nəfərlik toy məclisi üçün əlverişlidir. Digər tərəfdən isə qiymətləri əlverişsizdir: 150-160 manat. Xoşbəxtlikdən bu qeyri-real qiymətə musiqi və müğənnilərin iştirakı da daxildir.

  1 2 3 4 5  
2 / 5
1 2 3 4 5

“Monte Karlo”

Restoran 450-800 nəfəri qəbul edə bilmək potensialına malikdir. Menyu qiymətləri 55-120 manatdır. Servis, bar, furşet, dəvətnamə, video çəkiliş, 7 mərtəbəli tort, bəy və gəlinin qarşılanması restoran tərəfindən hədiyyə olunur.

  1 2 3  
2 / 3
1 2 3

“Platin” şadlıq sarayı

Restoranın standart menyusu 120-180 manatdır. Musiqi, dekor və çəkiliş toy sahibi tərəfindən ödənilir. Restoranın maksimum 600 nəfər qonağı qəbul etmək potensialı var.

  1 2
2 / 2
1 2

İlhamə Sultan