Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

2018-ci ildə mədəniyyətimizi ağır itkiyə məruz qoyan məşhurlar – SİYAHI

06.03.2020 09:29

2018-ci il mədəniyyətimiz üçün bir neçə uğurlu layihə ilə yanaşı ağır itkilərlə də əlamətdar oldu.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, bu il ərzində ölkə mədəniyyətində özünəməxsus ad qoyan bir neçə sənət adamı dünyadan köçüb:

Xəyyam Mirzəzadə
Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın əməkdar incəsənət xadimi bəstəkar Xəyyam Mirzəzadə isə uzun sürən xəstəlikdən sonra iyul ayında vəfat edib. 83 yaşlı xalq artisti 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Amaliya Pənahova
73 yaşlı tanınmış sənətkar 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. Prezident təqaüdçüsü olan aktrisa 2000–2005-ci illərdə Milli Məclisin deputatı olub. Amaliya Pənahova noyabrın 8-i dünyasını dəyişib.

Ədalət Ziyadxanov
O, Şəki Teatrında rejissor, Ağdam Teatrında baş rejissor işləyib. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb. Mədəniyyət və İncəsənət Universitetində, Sənətşünaslıq fakültəsində “ədəbi yaradıcılıq” ixtisası üzrə dərs deyirdi. Ə.Ziyadxanovun Bakı Bələdiyyə teatrında səhnələşdirdiyi Aqşin Babayevin “Oğul” əsəri “Dərviş” mükafatına layiq görülüb. Tamaşalarının çox hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır. Ədalət Ziyadxanov sentyabr ayının 13-ü dünyasını dəyişib.

Zərnigar Ağakişiyeva
2018-ci ildə itirdiyimiz ilk məşhurlardan biri tanınmış sənət adamı, korifey aktrisa, Xalq artisti, Prezident təqaüdçüsü Zərnigar Ağakişiyeva oldu. Xuraman, Tatyana, Dilbər, Fəxrəndə xanım, Pəri xanım, Kərbəlayi Fatma və digər bir-birindən fərqli və gözəl obrazlar yaradan aktrisa bu ilin fevral ayının 6-da, 72 yaşında dünyasını dəyişdi.

Yuri Baliyev
Azərbaycanın xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Yuri Baliyev isə 69 yaşında dünyasını dəyişib. Y.Baliyev bir neçə filmdə də çəkilib. “Ovsunçu”, “Babək”, “Salandar”, “Tehran-43” və s. filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynayıb.

Tahir Əkbər
Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər də bu il dünyasını dəyişdi. Beyin insultundan əziyyət çəkən 72 yaşlı bəstəkar Yasamal qəbiristanlığında dəfn olundu.

Novruz Novruzlu
Bu il noyabrın 19-u gecə saatlarında isə tanınmış aktyor və müğənni Novruz Novruzlu dünyasını dəyişib. O, Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur. Akademik Opera və Balet Teatrında işləyirdi. N.Novruzlu “Savalan” qrupunu yaradıb və onun bədii rəhbəri idi.

Rafiq Hüseynov
2018-ci ildə dünyasını dəyişənlər sırasında əməkdar artist Rafiq Hüseynov da var. 77 yaşında vəfat edən aktyor uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, Rafiq Hüseynov 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışıb. O, aktyorluqdan əlavə rejissor kimi də bir neçə tamaşaya quruluş verib. 1991-ci ildə “əməkdar artist” adına layiq görülüb.

Tokay Məmmədov
Azərbaycanın xalq rəssamı, heykəltəraş Tokay Məmmədov da bu il dünyasını dəyişdi. 91 yaşlı heykəltəraş müalicə aldığı xəstəxanada vəfat edib. Onun anası Zivər Məmmədova Azərbaycanın ilk qadın heykəltəraşı olub.

Aşıq Vüqar
Tanınmış aşıq Vüqar Mahmudoğlu da 2018-ci ildə dünyasını dəyişdi. Ölümündən 2 gün öncə infakt keçirən görkəmli aşıq yanvarın 10-u haqq dünyasına qovuşub.

Aşıq Azər Xanlaroğlu
Azərbaycanın aşıq sənəti növbəti itkisini mayın 12-si yaşayıb. Belə ki, qaraciyər çatışmazlığından əziyyət çəkən Aşıq Azər Xanlaroğlu 12 may 2018-ci ildə xəstəxanada vəfat edib.

Anar Nağılbaz
Tanınmış reper Anar Nağılbaz da bu il vəfat edib. Avqustun 4-ü tanınmış reper həyatla vidalaşıb. Anar 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub. O, eks-deputat Rizvan Cəbiyevin oğludur.

Həsənağa Sadıqov
Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov avqust ayında dünyasını dəyişib. 67 yaşlı sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi.