Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

250 ildə heç kəsin qaça bilmədiyi məhbus cəhənnəmi “QARA DELFİN” – Adamyeyənlər, terrorçular… – VİDEO

06.03.2020 09:30

Bura ömürlük həbs cəzası almış məhkumların saxlanıldığı xüsusi rejimli islahedici koloniyadır.

Об этом сообщает Роспрес

A24.Az Rusiyanın Orenburq vilayətinin Sol-İletsk şəhərində yerləşən həbsxanada qatillər, adamyeyənlər, terrorçular və digər təhlükəli canilərdən ibarət 863 məhbusun saxlandığı “Qara delfin” həbsxanası haqqında dəhşətli faktlar təqdim edir:

“Qara delfin” koloniyasının adına ilk dəfə 1745-ci ildə rast gəlinir.  Həbsxana 1973-cü ildə Puqaçova üsyanı zamanı hakimiyyətə qarşı çıxanlara ciddi cəzavermək üçün daha çox işə yarayıb. Bu tarixdən sonra sözügedən həbsxana ən qatı cinayətkarların dustaq olunduğu yerə çevrilib.  Adını binanın girişində məhkumlar tərəfindən inşa edilən qara delfin heykəlindən götürən, Rusiyaya məxsus bu həbsxana Qazaxıstanla sərhəddə yerləşir.

Buradakı məhkumların, təxminən 3500 adamın ölümünə səbəb olduqları bildirilir.

Həbsxana içərisində təhlükəsizlik o qədər güclü qorunur ki, binada məhkum sayından daha çox gözətçi var. Bu gözətçilər isə illərdir hər 15 dəqiqədən bir kameralara nəzarət edirlər.

Məhkumlar gündə yalnız 1 dəfə kameralarını tərk edirlər və 90 dəqiqəlik gündəlik məşq hərəkətləri üçün bir az daha böyük kameraya aparılırlar. Bu dəyişmə əsnasında isə belləri bükük və əlləri yuxarıdan qandallanmış halda, ən az 3 gözətçinin nəzarətində getmək məcburiyyətində qalırlar.

Bağça gəzintisi də yenə, belləri bükülmüş və başları üzərində ən az 3 gözətçi ilə reallaşır. 24 saat davamlı nəzarət altında olan məhkumların günboyu oturmalarına, ya da yatmalarına icazə yoxdur. Sadəcə yatmaq zamanı buna icazə verilir.

Məhkumlar həbsxana bağçasından belə, istifadə edə bilmirlər. Bağça içərisində də kameralar var.

Burada yeməkxana yoxdur. Məhkumlara gündə 4 dəfə müxtəlif şorbalar verilir və bu zaman da kameralarından çölə çıxarılmırlar.

200 ilə yaxın müddətdə bu həbsxanadan kimsə qaça bilməyib. Hətta buna cəhdlər belə olmayıb. Ömürlük həbs cəzası alan bu məhkumlardan indiyədək azadlığa çıxan olmayıb.